brain-memory-puzzle-120209

Beyin əsaslı təlimlər

10 günlük zehni təlim və yaddaş metodları proqramımız sona çatdı. Müvəffəqiyyətli bir təlim idi. Gördüyüm işdə məni ən çox sevindirən nöqtələrdən biri də insanların təlimin sonunda gəldikləri yer ilə başladıqları nöqtə arasındakı fərqi görmək. Bu təlimdə ilk gün tək rəqəmli ədədləri toplarkən çətinlik çəkirdilər, halbuki son gün 4 rəqəmli iki ədəd üzərində vurma əməliyyatı apara biləcək hala gəldilər. Sadəcə 10 gün içərisində.

Bununla yanaşı 60 ədəd 0 və 1 rəqəmlərindən ibarət binary sayını yadda saxlama, 30 ədəd qarışıq sıralı rəqəm qrupunu yadda saxlama, ən az 20 ədəd fərqli sözü sıralı və ya qarışıq şəkildə yadda saxlama, içərisinə qarışıq rəqəmlər yerləşdirilmiş 5 × 5 kvadrat matrixi yadda saxlama kimi digər əməliyyatları da icra edə biləcək hala gəldilər.

Bunu görmək məni o qədər həyəcanlandırdı və xoşbəxt etdi ki… Ümid edirəm həyatlarının davamında da bu texnikaları tətbiq edər və vərdiş halına gətirərlər.

Məhz əhəmiyyətli nöqtələrdən biri də budur. Beyin əsaslı təlimlər eynilə idman kimidir. Hətta beyin idmanı olaraq adlandırılar. Ümumilikdə 3 etapdan ibarət olur:

Birinci mərhələ metodik təlimdir. Bunu istəsəniz hər hansı bir mərkəzə gedərək və ya da dəstləri əldə edərək öyrənə bilərsiniz. Bir az maraqlı və istəkli olan biri üçün bu hissədə əslində çox da bir problem yoxdur.

İkinci mərhələ tətbiq mərhələsidir. Bu mərhələni da təlimlər əsnasında birlikdə tətbiq edirik. Səhvləri düzəltirik, zaman analizi edirik və istiqamət veririk. Bunu təlim dəstlərilə fərdi surətdə də edə bilərsiniz, lakin bu nöqtədə güclü bir iradə və qərarlılıq lazımdır.

Üçüncü və ən əhəmiyyətli mərhələ isə vərdişdir. Təlimlərə yüzlərcə adam qatılmasına baxmayaraq çox az adamın müəyyən hədəflərə çata bilməsinin tək səbəbi də budur. O kəslərin, bu texnikaları bir vərdiş halına gətirməsidir. Bu vərdiş müddəti ən az 2 aydır. Bu mövzuda ancaq bu işi sevən, zövq alan, faydasına inanan insanlar müvəffəqiyyətli ola bilərlər.

Gənclərə görə yetkinlər bu mərhələ də bir az daha çətinlik çəkirlər. Çünki həyatlarında formalaşdırdıqları standart və şərtlənmə qabıqları daha qalındır. Ancaq bunu aşa bilənlər daha sürətli irəliləyənlərdir. Çünki onlarda gənclərdə olmayan şüur yetkinliyi daha yüksəkdir.

Beyin əsaslı təlimlər (Sürətli oxuma, Yaddaş metodları, Zehni riyaziyyat, Zehin xəritələri, Mega arifmetik) böyüklər üçün alternativ olsa da bu dövrdə uşaq və gənclər üçün bir məcburiyyətdir.

Çünki artıq beynin iş prinsiplərinə uyğun olmayan klassik bir təhsil sistemi ilə gələcək inşa edilmir təəssüf ki.

Bunun izahı çox açıqdır. Bu gün beyin haqqında bilinən şeylərin az qala böyük bir qisimi 1980-ci illərdə kəşf edilmişdir. Lakin bizim klassik təhsil sistemimizdəki vəsaitlər, öyrənmə sistemi, informasiya müxtəlifliyi geridə qalmışdır. Hər nə qədər son dövrlərdə cəhd edilsə də bu sistemlə beynin qavrama sürətinə yetişməsi mümkün deyil. İdealist müəllimlərimizin səyi belə buna çatmaz.

Şagirdlərimdən biri təlimin ikinci ya da üçüncü günündə “niyə bunları məktəbə bizə bu şəkildə izah etmirlər?” deyə soruşdu. Ah, kaş ki bilsəm, dedim.

12 yaşından əvvəl mental aritmetik (zehni riyaziyyat) təhsili almış, sonra 2 il içərisində zehni riyaziyyat, sürətli oxuma, yaddaş texnikaları və zehin xəritələrini tamamlamış bir gənc 14 yaşında beyin və öyrənmə üçün lazımlı bütün texniki təchizata malikdir. Universitet dövründə özünə əziyyət vermədən istədiyi ixtisasa qəbul olar, rahat bir şəkildə oxuyar və məzun olanda xəyalındakı peşəyə qovuşmuş olar. Sevdiyi ilə məşğul olduğu halda müvəffəqiyyətsiz olması mümkün deyil.

Təbii burada bir neçə əhəmiyyətli nöqtə vardır. İlk olaraq ana-ataların “kursa göndərdim, pulunu verdim vicdanım rahat” məntiqi ilə uşaqların “istədilər getdim” məntiqinin dəyişməsi lazımdır. Ailə göndərirsə tətbiq müddətini izləmək məcburiyyətindədir. Bəzi uşaqların fərdi olaraq bu prosesi tamamlaması çətin ola bilər.

İkinci nöqtə isə hər təlimin ardından ən az 2 aylıq bir vərdiş müddəti olmalıdır. Ardıcıl getdim, bitdi, hamısını öyrəndim, kimi bir məntiq bu sistemdə işə yaramaz. Sürətli oxuma təlimi isə bu metodlarla gündəlik oxuma etməli, zehni riyaziyyat isə beynini davamlı formada tutmalı.

Bir təlim vərdiş mərhələsini keçincə digər təlim başlamalı.

Bu nizam-intizam, sabitlik və dəstək istəyən bir müddətdir. Ailə özü dəstək ola bilmirsə, bu mövzulara əlaqədar gənc birindən dəstək ala bilər.

Xüsusilə, uşaqların və gənclərin onlara çətin görünən bir şeyi doğru metodlarla və nizamlı çalışmaq ilə qısa müddətdə bacarması, müvəffəqiyyətin arxasından gələn xoşbəxtlik və özünə inamı görmək məni inanılmaz xoşbəxt edir.

 

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir